Xarici medianın məlumatına görə, İsrail ordusunun Qəzza zolağında keçirdiyi iki hərbi əməliyyatda 88 nəfər həlak olub
İsrail ordusunun Qəzza zolağında keçirdiyi iki hərbi əməliyyatda 88 nəfər həlak olub.
Məlumata görə, Qəzzanın iki şəhərində – Qəzzanın Beyt Lahia və Şeyx Radvan məhəlləsində iki hücum həyata keçirilib.
Ölənlər arasında 10 uşaq, onlarla insan yaralanıb.
Bombalama nəticəsində onlarla insan binaların xarabalıqları arasında basdırılıb.
Yerli sakinlər partlayışın sakinlər yatarkən baş verdiyini bildirirlər.
İsrail ordusunun Qəzzanın şimalında əl-Avda xəstəxanasının həyətinə də zərbələr endirdiyi bildirilir.
Eyni zamanda İsrail ordusunun Rəfah şəhərini atəşə tutması nəticəsində azı 3 nəfər həlak olub.