Xarici İşlər Nazirliyində vətəndaşlar üçün yenilənmiş qəbul və konsulluq xidməti mərkəzi açılıb
Xarici İşlər Nazirliyinin Tbilisi şəhəri, Leonidze 3 ünvanında yerləşən yeni binasında müasir tələblərə uyğunlaşdırılmış, Gürcüstan və xarici ölkə vətəndaşlarına müxtəlif konsulluq xidmətləri təklif edən yeni qəbul və konsulluq xidməti mərkəzi açılıb.
Xarici işlər naziri İlia Darçiaşvili vətəndaşlara xidmət mərkəzinin açılışını edib. Xarici İşlər Nazirliyinin rəhbəri auditoriya qarşısında çıxış edərək qeyd edib ki, müasir standartlarla təchiz olunmuş məkanda maraqlı şəxslər yüksək keyfiyyətli, ixtisaslı xidmətlər görəcəklər.
“Biz qeyd olunan məkanda vətəndaşlara bütün zəruri konsulluq xidmətlərini təklif edəcəyik. Bu məkanın məhdud imkanlı insanlar üçün tam uyğunlaşdırılması, yenilənməsi çox vacibdir və əminəm ki, bu yeni məkanda biz vətəndaşlara yüksək səviyyədə ehtiyac duyduqları bütün məsləhətlər və xidmətləri göstərəcəyik” – deyə xarici işlər naziri bildirib.
XİN rəhbəri illər ərzində Xarici İşlər Nazirliyinə həm konsulluq xidmətləri, həm də institusional səviyyədə dəstək olan beynəlxalq tərəfdaşlara və donorlara təşəkkür edib.
Bu günə olan məlumata görə, Gürcüstan dünya üzrə vətəndaşlara konsulluq xidmətləri göstəriləcək 60 konsulluq mərkəzi, 12 baş konsulluq, bir maraqlar bölməsinin daxil olduğu 74 konsulluq müəssisəsini birləşdirir.
Qeyd etmək lazımdır ki, konsulluq xidmətlərinin təkmilləşdirilməsi baxımından bu il idarədə müxtəlif yeniliklər planlaşdırılıb, onlar arasında vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə www.geoconsul.gov.ge elektron portalının yenilənməsi həyata keçirilir.
Məlumatı Gürcüstan XİN-in mətbuat xidməti yayır.