Xarici İşlər Nazirliyi - Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniyada keçirilən görüşlərdə iştirakı ilə bağlı Gürcüstan tərəfinin narahatlığı Avropa İttifaqının və Almaniyanın səfirlərinə çatdırılıb
Xarici İşlər Nazirliyi - Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniyada keçirilən görüşlərdə iştirakı ilə bağlı Gürcüstan tərəfinin narahatlığı Avropa İttifaqının və Almaniyanın səfirlərinə çatdırılıb

 
Gürcüstanın Xarici İşlər Nazirliyində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski və Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, “Səfirlərə Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniya Federativ Respublikasında keçirilən səfər və görüşlərdə iştirakı ilə bağlı Gürcüstan tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb”.

“Səfirlərə izah edildiyi kimi, Zurab Adeişvilinin səs-küylü işlərdə günahkar olduğu məlumdur və cinayət əməlləri demokratik, ədalətli dövlət prinsiplərinə qarşı yönəlmiş şəxsin Aİ-yə üzv ölkələrdə rəsmi formatlarda iştirak etməsi təəssüfdoğurucu faktdır, bu Gürcüstan cəmiyyətində təbii olaraq ədalətli narahatlığa səbəb olur və anti-Qərb əhvali-ruhiyyəsinə qarşı yönəlmiş səylərin effektivliyinə töhfə vermir. Görüşdə Avropa İttifaqı və üzv dövlətlərin gələcəkdə oxşar faktlara layiqli cavab verəcəyinə ümid edilib. Xarici İşlər Nazirliyində səfirlər həm ikitərəfli münasibətlərin fəal gündəliyi məsələlərində, həm də Gürcüstanın Avropa İttifaqına gələcək inteqrasiyası prosesində irəliləyişlə bağlı sıx əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər”- deyə Gürcüstanın Xarici İşlər Nazirliyindən izah ediblər.