Xarici İşlər Nazirliyi - Yol qəzası ilə bağlı Gürcüstanın Polşadakı Səfirliyi məlumatlandırılıb, rəsmi məlumat və əlavə detalların alınması üzrə işlər aparılır
Gürcüstanın Polşadakı Səfirliyi yol qəzası ilə bağlı məlumatlandırılıb, – bu barədə Gürcüstanın Birinci Kanalına Gürcüstan Xarici İşlər Nazirliyindən bəyan etdilər.
Elə onların məlumatına görə, bu mərhələdə polyak tərəfi ilə işlər aparılır.
“Bu mərhələdə polyak tərəfi ilə rəsmi məlumat və əlavə detalların alınması üzrə işlər aparılır”, – Nazirlikdə bəyan edirlər.
Polşanın Poznan şəhəri yaxınlığında baş verən avtomobil qəzasında üç nəfər öldü, beş nəfər xəsarət aldı. Polşa mediasının məlumatına görə, ölənlərin Gürcüstan vətəndaşları olduğu ehtimal edilir.