Xarici İşlər Nazirliyi - Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyi təsdiqləyirik, Gürcüstan Ukraynanın yanındadır
Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyi təsdiqləyirik – bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin sosial şəbəkədə dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda qeyd edildiyi kimi, Gürcüstan Ukraynanın və Ukrayna xalqının yanındadır.
“Rusiyanın beynəlxalq hüququn və BMT Nizamnaməsinin fundamental prinsip və normalarını açıq şəkildə pozaraq Ukraynaya təcavüzündən iki il keçir. Müharibə çoxlu sayda insanın həyatına son qoydu və milyonlarla insanı didərgin saldı. Gürcüstan adından biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyimizi təsdiq edirik. Gürcüstan Ukraynanın və Ukrayna xalqının yanındadır”- Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.