Xarici İşlər Nazirliyi - Türkiyədə dünyasını dəyişmiş Mariam Qoqiaşvilinin cənazəsi sabah vətənə gətiriləcək
Türkiyədə dünyasını dəyişmiş Gürcüstan vətəndaşı Mariam Qoqiaşvilinin cənazəsi sabah səhər saatlarında vətənə gətiriləcək- bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
“Gürcüstanın Xarici İşlər Nazirliyi bu böyük faciə ilə bağlı mərhumun ailəsinə başsağlığı verir. Məsələyə ictimai maraq yüksək olduğundan nəzərinizə çatdırmaq istərdik ki, qeyd olunan problemlə bağlı məlumat alındığı andan etibarən Gürcüstanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu Gürcüstanın baş nazirinin tapşırığına əsasən dərhal problemin həllinə qoşuldu, həm klinikanın rəhbərliyi, həm də Türkiyə Respublikasının müvafiq qurumları ilə intensiv əlaqə saxladı. Bu barədə mərhumun ailə üzvləri və yaxınları məlumatlandırıldı” -deyə XİN-in məlumatında qeyd olunub.