Xarici İşlər Nazirliyi Sidneydə ticarət mərkəzinə hücum nəticəsində Gürcüstan vətəndaşının həlak olması barədə məlumat yayır
Xarici İşlər Nazirliyi Sidneydə ticarət mərkəzinə hücum nəticəsində Gürcüstan vətəndaşının həlak olması barədə məlumat yayır

Gürcüstan Xarici İşlər Nazirliyi Sidneydə ticarət mərkəzinə hücum nəticəsində Gürcüstan vətəndaşının həlak olması barədə məlumat yayır.

“Gürcüstan tərəfi Sidneydə ticarət mərkəzinə hücum nəticəsində Gürcüstan (və Avstraliya) vətəndaşının həlak olması barədə xəbərdardır. Sözügedən hadisədə həlak olanların ailə üzvlərinə, həmçinin Avstraliya hökumətinə və xalqına başsağlığı veririk. Gürcü tərəfi insidentlə bağlı narahatlığını ifadə edir.

Gürcüstan səfirliyi mərhumun ailə üzvləri ilə əlaqə saxlayır və müvafiq prosedurlar aparılır”, -bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Sidneyin ticarət mərkəzlərindən birində naməlum şəxs bıçaqla vətəndaşlara hücum edib. O, beş qadın və bir kişi olmaqla altı nəfəri öldürüb. Polisin açdığı atəş nəticəsində hücum edən şəxs yerindəcə dünyasını dəyişib. Daha sonra hücum edənin psixi sağlamlıq problemləri olduğu ehtimal edilən 40 yaşlı Coel Kauçia olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları terror motivini istisna edirlər.