Xarici İşlər Nazirliyi - səfirliyə Gürcüstan vətəndaşının Türkiyədə yaşayış evinin dağıntıları altında qala biləcəyi barədə bildiriş daxil olub, səfirlik xilasetmə xidməti ilə daim əlaqədədir
Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyinə təbii fəlakət zonasında, Qaziantep şəhərində Gürcüstan vətəndaşının yaşayış evinin dağıntıları altında qala biləcəyi barədə bildiriş daxil olduğu deyilir.
Nazirlikdən açıqlandığı üzrə səfirlik qeyd olunan məlumat və vətəndaşın göstəricilərini dərhal Türkiyənin müvafiq qurumlarına göndərib.
“Türkiyə tərəfinin məlumatında bu mərhələdə ərazidə təmizləmə işlərinin aparıldığı, dağılmış binanın həcminin böyük olmasının buna çətinlik törətdiyi bildirilir. Səfirlik Gürcüstan vətəndaşı haqqında əlavə məlumat əldə etmək üçün Türkiyə xilasetmə xidmətinin nümayəndələri ilə daim əlaqə saxlayır”-deyə Gürcüstan Xarici İşlər Nazirliyində açıqlayırlar.