Xarici İşlər Nazirliyi- nazirlik Sudanda olan Gürcüstan vətəndaşlarına kömək məqsədilə intensiv şəkildə işləməyə davam edir
Xarici İşlər Nazirliyində qurumun Sudanda olan Gürcüstan vətəndaşlarına kömək məqsədilə intensiv şəkildə işləməyə davam etdiyi deyilir.
Nazirlikdən verilən məlumatdə qurumun Sudanda gedən prosesləri izlədiyi və oradakı mövcud vəziyyətlə bağlı məlumata sahib olduğu deyilir.
“Nazirlik və Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyi Sudandakı vətəndaşlar, onların ailə üzvləri və işə götürən şirkətlərlə gündəlik əlaqə saxlayır; Həmçinin, onlar tərəfdaş ölkələr və müvafiq beynəlxalq təşkilatlarla sıx koordinasiyadadırlar.
Əlavə olaraq Sudanda olan vətəndaşların qida və içməli su ilə təmin olunması istiqamətində işlər aparılır. Eləcə də, qurum Sudanda gedən prosesləri izləyir və oradakı vəziyyətlə bağlı məlumata sahibdir” – deyə XİN-dən açıqlayıblar.
Nazirlikdən əvvəl bildirildiyi kimi, 30-a yaxın Gürcüstan vətəndaşı Sudandadır.
Məlumat üçün bildirək ki, Sudanda artıq dördüncü gündür ki, ölkə ordusu ilə hərbiləşdirilmiş “Çevik Dəstək Qüvvələri” arasında toqquşmalar davam edir. Hərbi əməliyyatlar nəticəsində 185 nəfər həlak olub, 1800-dən çox insan isə yaralanıb. Paytaxt Xartumda hava zərbələri endirilir, tərəflər ağır silahlardan istifadə edirlər.