Xarici İşlər Nazirliyi - Kiyevdə həbs olunan beş Gürcüstan vətəndaşı cərimə ödəyərək, azad edildi
Kiyevdə həbs olunan 119 qeyri-leqal miqrant arasında beş Gürcüstan vətəndaşı var idi.
Bu barədə məlumat Gürcüstanın Birinci Kanalına Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verildi.
Nazirliyin dediyinə görə, Gürcüstanın beş vətəndaşı inzibati cərimə ödədikdən sonra azad edildi və onları deportasiya etmədilər, ancaq Ukraynayı tərk etmələri üçüm müəyyən vaxt verdilər.
Məlum olduğu kimi qeyri-leqal miqrantlar “Troeşnitsa” adı ilə tanınan bazarda işləyirdilər.
Ukrayna medyasının yaydığı məlumata görə, polis Gürcüstan, Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşlarını həbs etdi.
Polisin məlumatına görə, həbs edilənlər “ölkə ərazisindən tranzit keçiş qaydalarını pozdular”.