Xarici İşlər Nazirliyi - Gürcüstanın Türkiyədəki səfirliyi Sudandakı Gürcüstan vətəndaşları, eləcə də onların ailə üzvləri ilə əlaqə saxlayır
Gürcüstanın Türkiyədəki səfirliyi Sudandakı Gürcüstan vətəndaşları, eləcə də onların ailə üzvləri ilə əlaqə saxlayır-bu barədə Gürcüstanın XİN -də Sudanda inkişaf edən hadisələrlə bağlı açıqlayıblar.
Gürcüstanın Xarici İşlər Nazirliyində səfirliyin bütün istiqamətlərdə çalışdığı deyilir.
“Bəhsi keçən faktla bağlı Gürcüstanın Türkiyədəki səfirliyi məlumatlandırılıb və Sudandakı Gürcüstan vətəndaşları, eləcə də onların ailə üzvləri ilə əlaqə saxlayır. Səfirlik bütün istiqamətlərdə çalışır” – deyə Gürcüstan XİN-dən bildiriblər.
Sudanda ölkə ordusu ilə hərbiləşdirilmiş “Çevik Dəstək Qüvvələri” qrupunun döyüşçüləri arasında toqquşmalar davam edir. Beynəlxalq medianın yazdığı üzrə son məlumatlara görə, 59 nəfər həlak olub. 600-dən çox yaralı var.