Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsinin başa çatması haqqında məlumat yayır
Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsinin başa çatması haqqında məlumat yayır

 

Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsi başa çatıb.

Xarici İşlər Nazirliyindən qeyd edildiyi üzrə Sudanın paytaxtı Xartumda olan Gürcüstan vətəndaşları Sudan-Misir sərhədindəki neytral zonaya köçürülüblər. Onların həyatı və sağlamlığı təhlükədə deyil.

Xarici İşlər Nazirliyi yaxın vaxtlarda onların Misirə aparılacaqları və oradan Gürcüstana göndəriləcəyi ilə bağlı məlumat verir.

“Hazırda Gürcüstan vətəndaşları Sudan və Misir sərhədində, neytral zonadadırlar. Onların artıq Sudanı tərk edərək Misirə keçmələrini gözləyirik, oradan da vətənə, Gürcüstana nəql ediləcəklər.

Demək olar ki, səfirliklərimiz, tərəfdaşlarımız və şirkətlərin iştirakı ilə bu təxliyə uğurla həyata keçirilib və bu gün heç bir Gürcüstan vətəndaşı Sudanda deyil. Bu ölkədən hamı sağ-salamat çıxarılıb”- deyə xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili açıqlayıb.