Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsi prosesinin başladılması haqqında məlumat yayır
Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsi prosesinin başladılması haqqında məlumat yayır

 

Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsi prosesi başlayıb.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsi prosesi başlayıb. Onlar dünən yerləşdirildikləri yeri artıq tərk ediblər və onların ölkədən çıxarılması prosesi həyata keçirilir” -deyə məlumatda deyilir.

Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili həm şirkətlərlə, həm də Gürcüstan vətəndaşları ilə daim əlaqə saxladıqlarını açıqlayıb.

“Bildiyiniz kimi, dünən Gürcüstan vətəndaşları Sudanın paytaxtı Xartumda təhlükəsiz yerə köçürülüblər. Onların vətənə təxliyə edilməsi prosesinə artıq başlanılıb. Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyi və Gürcüstanın Misirdəki səfirliyi bu prosesdə aktiv şəkildə iştirak edir. Müvafiq olaraq, onların yaxın günlərdə Gürcüstana qayıdacaqlarına ümid bəsləyirik. Biz şirkətlərlə və Xartumda olan Gürcüstan vətəndaşları ilə daim əlaqə saxlayır, ünsiyyətdəyik” – deyə Aleksandre Xvtisiaşvili açıqlayıb.