Xarici İşlər Nazirliyi - Gürcüstan və Belçika arasında diplomatik əlaqələrin qurulmasından 30 il tamam oldu, biz əlaqələri dərinləşdirmək niyyətindəyik
Gürcüstan Xarici İşlər Nazirliyi öz “tvitter” səhifəsində Gürcüstan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı məlumat yayır.
“Bu gün Gürcüstan və Belçika arasında diplomatik əlaqələrin qurulmasından 30 il tamam oldu. Son üç onillik ərzində ümumi dəyərlərə və prinsiplərə əsaslanan müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinin şahidi olduq. Biz əlaqələri dərinləşdirmək niyyətindəyik”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.