Xarici İşlər Nazirliyi - Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, gürcü xalqı qardaş Ukrayna xalqının yanındadır
Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Rusiyanın hərbi təcavüzünün başlamasından, Ukraynada beynəlxalq hüququn prinsiplərinin və fundamental normaların kobud şəkildə pozulmasından bir il ötür. Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, gürcü xalqı qardaş Ukrayna xalqının yanındadır”-deyə bəyanatda deyilir.