Xarici İşlər Nazirliyi - Gürcüstan səfirliyi terror aktı nəticəsində həlak olan həmvətənimizin Gürcüstana qaytarılmasının mümkünlüyü ilə bağlı İsrailin müvafiq strukturları ilə işləyir
Gürcüstanın İsraildəki səfirliyi ölən həmyerlisinin Gürcüstana qaytarılmasının mümkünlüyü üzərində İsrailin müvafiq strukturları ilə işləyir. – Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Xarici İşlər Nazirliyi İsraildə törədilən terror aktı nəticəsində həlak olan şəxsin ailəsinə, İsrail hökumətinə və İsrail xalqına başsağlığı verir.
“Gürcüstanın İsraildəki səfirliyi oktyabrın 1-də baş vermiş terror aktı nəticəsində bir Gürcüstan vətəndaşının öldüyünü təsdiqləyir. Səfirlik İsrailin müvafiq strukturları ilə mərhum həmyerlimizin Gürcüstana repatriasiyasının mümkünlüyü üzərində işləyir ki, bu da təbii ki, onun ölüm şəraitini nəzərə alaraq müəyyən vaxt tələb edir. Gürcüstan Xarici İşlər Nazirliyi bu ağır faciə ilə bağlı mərhumun ailəsinə, eləcə də İsrail hökumətinə və İsrail xalqına başsağlığı verir, Gürcüstan terrorizmin istənilən təzahürünü pisləyir”. – Xarici İşlər Nazirliyində deyirlər.
Məlumat üçün bildirək ki, Tel-Əvivin Yaffa rayonunda atışma zamanı yaralanan Gürcüstan vətəndaşı klinikada dünyasını dəyişib. Hadisə nəticəsində 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib.