Xarici İşlər Nazirliyi - qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin liderlərinin yekun sənədində genişlənmənin vahid kontekstində Gürcüstana, Moldovaya və Ukraynaya dəstək haqqında danışılır
Avropa İttifaqına üzv dövlətlərin liderlərinin yekun sənədində genişlənmə kontekstində Gürcüstana, Moldovaya və Ukraynaya dəstək haqqında danışılır, – Gürcüstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Qurumun məlumatına əsasən, sənəddə Avropa İttifaqının Gürcüstana Avropa yolunda dəstəyini davam etdirəcəyi qeyd olunub.
“2023-cü il oktyabrın 26-27-də Brüsseldə Avropa Şurasının iclası keçirilib. Avropa İttifaqına üzv ölkələrin liderləri Gürcüstandan bəhs edən yekun sənədi qəbul ediblər. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı Gürcüstana Avropa yolunda dəstəyini davam etdirəcək. Vurğulamaq lazımdır ki, Avropa İttifaqına üzv ölkələrin liderləri yekun sənəddə Avropa İttifaqının hər üç ölkə – Ukrayna, Moldova Respublikası və Gürcüstanla yaxından işləməyə və Avropa yolunda islahatların həyata keçirilməsi prosesində bu ölkələrə kömək etməyə hazır olmasından danışırlar. Qeyd edək ki, sənəddə hər üç ölkənin, Gürcüstan, Moldova və Ukraynanın genişlənmə kontekstində dəstəyindən bəhs edilir”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev