Xarici İşlər Nazirliyi - de-okupasiya və barışıq vahid və güclü dövlətdə dinc birgə yaşayışın və ümumi firavanlığın təmin edilməsi üçün yeganə möhkəm təməldir
Xarici İşlər Nazirliyi - de-okupasiya və barışıq vahid və güclü dövlətdə dinc birgə yaşayışın və ümumi firavanlığın təmin edilməsi üçün yeganə möhkəm təməldir

 

Gürcüstan Xarici İşlər Nazirliyi Suxuminin süqutunun 29-cu ildönümü ilə əlaqədar bəyanat yayaraq, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını qeyd edir.

“2022-ci ilin sentyabrın 27-də Suxuminin süqutundan 29 il ötür. 27 sentyabr Gürcüstanın ayrılmaz bölgəsi olan Abxaziyanın Rusiya tərəfindən işğalı, on minlərlə insanın ölümü və yüz minlərlə insanın öz vətənində məcburi köçkünə çevrilməsi ilə nəticələnən Rusiyanın təcavüzünün səbəb olduğu gürcülərin və abxazların ümumi faciəsidir.

Bu gün vətənin birliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olan hərbçilərin və dinc sakinlərin xatirəsini anır, onların ailələrinə və yaxınlarına başsağlığı veririk.

Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur – de-okupasiya və tikanlı məftillərlə parçalanmış soydaşlar arasında etimadın bərpası və barışıq vahid və güclü dövlətdə dinc birgə yaşayışın və ümumi firavanlığın təmin edilməsi üçün yeganə möhkəm təməldir”-bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.