Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 62-ci raundu ilə əlaqədar bəyanat yayır
Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 62-ci raundu ilə əlaqədar bəyanat yayır

 
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raundu ilə əlaqədar bəyanat yayır.

“2024-cü ilin noyabrın 5-6-da xarici işlər nazirinin birinci müavini Laşa Darsalianın Gürcüstanın nümayəndə heyətinə rəhbərlik etdiyi Cenevrə Beynəlxalq Danışıqlarının 62-ci raundu keçirilib.

Danışıqlar Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in həmsədrliyi və Gürcüstan, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə keçirilir.

Həmçinin, danışıqlar raundunda Abxaziya Muxtar Respublikasının hökumətinin sədri Levan Mqaloblişvili və keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin administrasiyasının rəhbəri Tamaz Bestaev, eləcə də Sxinvali və Soxumidəki Rusiyanın işğalçı rejiminin nümayəndələri iştirak edirdilər.

Görüşdə gürcü nümayəndə heyəti Cenevrə Beynəlxalq Danışıqlarının gündəmindəki əsas məsələlər olan – Rusiya tərəfindən Avropa İttifaqının vasitəçiliyi 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasının yerinə yetirilməsinin vacibliyinə və işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə qayıtması məsələlərinə diqqət yetirib” – Gürcüstanın Xarici İşlər Nazirliyində bildirirlər.

Onların məlumatına əsasən, danışıqlar zamanı Gürcüstanın nümayəndə heyəti işğal olunmuş bölgələrdə təhlükəsizlik, humanitar və insan hüquqları baxımından yaranmış ağır vəziyyətə və işğalçı rejimlərin destruktiv hərəkətlərinə diqqət yetirib.

“İşğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə qayıtması ilə bağlı danışıqların ən əsas məsələsinin müzakirəsi başlayan kimi, işğalçı rejimin nümayəndələrinin ənənəvi olaraq danışıqlar masasını tərk etməsi təəssüf doğurur” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Cenevrə Beynəlxalq Danışıqları Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması əsasında yaradılıb və onun
əsas müzakirə məsələləri atəşkəs razılaşmasının həyata keçirilməsi, məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması və Rusiyanın işğalı nəticəsində yaranmış təhlükəsizlik və humanitar problemlərdir.