Xarici İşlər Nazirliyi - Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə qınayırıq
Xarici İşlər Nazirliyi - Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə qınayırıq

 

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə hücumu qınayır.

Nazirliyin bəyanatında qeyd edildiyi kimi, istənilən diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq aktı qəbuledilməzdir.

“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə qınayırıq. İstənilən diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq aktı tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”-deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.