Xarici Əlaqələr Komitəsi enerji sektorunda islahatları dəstəkləmək üçün kredit sazişini təsdiqləyib
Xarici Əlaqələr Komitəsi enerji sektorunda islahatları dəstəkləmək üçün kredit sazişini təsdiqləyib

 

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsi Yenidənqurma Kredit Bankı (KfW) və Gürcüstan arasında kredit sazişini müzakirə edib və dəstəkləyib.

Maliyyə nazirinin birinci müavini Qiorqi Kakauridze bildirib ki, 2018-2021-ci illərdə Gürcüstan enerji sektorunda islahatlara dəstək məqsədilə donorlardan 554 milyon avro büdcə dəstəkləyici kredit alıb.

O, 2021-ci ildə hər iki tərəfdaşın proqramın daha 2 il müddətinə uzadılmasını dəstəklədiyini və bu proqram çərçivəsində də Almaniyanın Yenidənqurma Kredit Bankının Gürcüstana 27 mln. avro kredit ayıracağını bildirib.

“Təqdim olunan kredit müqaviləsi əsasında, Almaniyanın Yenidənqurma Kredit Bankı Gürcüstana 27 mln. avro büdcəni dəstəkləyən kredit şəklində ayıracaq. Kreditin müddəti 20 ildir, onun 7 ili güzəştlidir və faiz dərəcəsi 0,9% səviyyəsində müəyyən edilib” -deyə Qiorqi Kakauridze bildirib.