Xaraqauli Munisipalitetinin Marelisi kəndində torpaq sürüşməsi nəticəsində itkin düşən 77 yaşlı kişinin meyiti tapılıb
Xaraqauli Munisipalitetinin Marelisi kəndində torpaq sürüşməsi nəticəsində itkin düşən 77 yaşlı kişinin meyiti tapılıb

 
Xaraqauli Munisipalitetinin Marelisi kəndində torpaq sürüşməsi nəticəsində dağ kütləsinin altında qalan 77 yaşlı kişinin meyiti tapılıb.

Hazırda dünyasını dəyişmiş şəxsin cəsədinin çıxarılması üçün tədbirlər görülür.

İki gün əvvəl dəmir yolu yaxınlığında sürüşmə prosesi baş verib və o vaxtdan axtarış-xilasetmə tədbirləri aparılırdı. Mövcud məlumata əsasən, sürüşmə baş verən zaman şəxs mal-qara axtarırmış.