Xaraqauli Munisipalitetində, Nunisi kurortunun ərazisində dövlət qeydiyyatı olmayan ağac emalı müəssisəsi aşkarlanıb
İmeretinin Meşə Xidmətinin əməkdaşları Xaraqauli Munisipalitetində, Nunisi kurortunun ərazisində dövlət qeydiyyatı olmayan ağac emalı müəssisəsi aşkarlayıblar.
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda ağac emalı müəssisəsinin ərazisində qanunsuz yolla əldə edilmiş beş kubmetrədək iynəyarpaqlı ağacın ilkin emal məhsulu (taxta), həmçinin dörd kubmetr sənaye materialının aşkar edildiyi deyilir.
“İşdə cinayət əlamətləri olduğundan, materiallar əlavə tədbirlər görülməsi üçün aidiyyəti quruma göndərilib” – məlumatda deyilir.