Xalq müdafiəçisinin seçilməsi qaydası ilə bağlı parlamentdə məsləhətləşmələr aparılır
Xalq müdafiəçisinin seçilməsi qaydası ilə bağlı parlamentdə məsləhətləşmələr aparılır.
Şalva Papuaşvili və parlament əksəriyyətinin üzvləri parlament müxalifətinin nümayəndələri ilə görüşüblər. Onlar arasında “Milli Hərəkat”, “Lelo”, “Vətəndaşlar”, “Qirçi”, “Avropalı Sosialistlər”in təmsilçiləri ilə yanaşı, Qiorqi Qaxarianın komandasının üzvləri də var. Yalnız “Quruculuq Strategiyası” iclasda iştirak etmir. Onlar bildirirlər ki, “göz boyacı iclasda iştirak etmək istəmirlər”.
Xalq müdafiəçisinin seçilməsi üçün konkret meyarların əks olunacağı parlament sədrinin əmrində nələrin yazılacağı bu gün siyasi partiyalar arasında müzakirə mövzusu olacaq.
Xatırladaq ki, parlament xalq müdafiəçisinin seçilməsi proseduru ilə bağlı reqlamentə dəyişiklikləri təsdiqlədikdən sonra Şalva Papuaşvili yekunda xalq müdafiəçiliyinə namizədləri seçəcək müsabiqə komissiyası təsis edənə qədər müxalifət partiyaları ilə məsləhətləşəcəyini bildirib.