Xalq Müdafiəçisinin seçilməsi qaydası ilə bağlı hazırlanan qanunlayihəyə düzəlişlır edildi
Xalq Müdafiəçisinin seçilməsi qaydası ilə bağlı hazırlanan qanunlayihəyə düzəlişlır edildi. Prosedur məsələləri komitəsinin bu gün keçirilən iclasında Parlament sədrinin sərəncamı ilə müəyyən edilməli olan bir neçə məsələnin reqlamentin özü ilə tənzimlənəcəyi dəqiqləşdirildi.
Daha dəqiq olaraq, Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarjveladze izah edir ki, reqlament layihəsində işçi qrupun funksiyasının Xalq Müdafiəçiliyinə namizəd kimi irəli sürülən şəxsləri qiymətləndirmək olduğu yazılıb, lakin açıq şəkildə müəyyən edilir ki, keyfiyyət göstəricilərinə görə kiminsə diskvalifikasiya imkanı olmayacaq.
“Yeganə istsna olacaq, təqdim edilmiş ərizə qiymətləndirilmədikdə – qanunla ziddiyyət yaranan haldır. Daha dəqiq olaraq isə, eyni namizəd ardıcıl olaraq iki dəfə irəli sürülə bilməz. Bundan başqa, əgər şəxs dövlət müdafiəçisi seçilirsə, o, vətəndaş olmalıdır, eləcədə hazırkı şəxs irəli sürülə bilməz. Bunlar namizədlərin qiymətləndirilməyəcəyi üç istisnadır. İkinci məsələ də müəyyən edildi ki, səlahiyyətli subyektlər irəli sürmək üçün namizədləri yalnız mülki sektorun qiymətləndirdiyi namizədlər arasından seçsinlər. İşçi qrupunun doqquz nəfərdən ibarət olduğu da müəyyən edildi”, – Sarjveladze bəyan etdi.
Qanun layihəsinin müzakirəsi bu gün ikinci dinləmə ilə davam etdiriləcək.