Xalq Müdafiəçisi nümayəndəsinin məlumatına görə, Qumatidə polis və "NamaxvanSES"-ə qarşı çıxanlar arasında qarşıdurma zamanı iki nəfəri yaxaladılar
Xalq Müdafiəçisi aparatının qərbi Gürcüstan idarəsinin rəhbəri, Madona Basiladzenin məlumatına görə, Qumatidə polis və “NamaxvanSES”-ə qarşı çıxanlar arasında qarşıdurma zamanı iki nəfəri yaxaladılar.
Onun dediyinə görə, bu dəqiqələrdə onların müəyyənləşdirilməsi baş verir. Basiladzenin dediyinə görə, onları polisin qanunini tələblərinə itaətsizlik ittihamı ilə yaxaladılar.
Onun qeyd etdiyinə görə, yaxalanları güman edildiyinə görə, polis şöbəsinə aparacaqlar.
“Bu məsələni öyrənəcəyik və açıqlama sonralar mütləq ediləcək. İki nəfərin inzibati qayda ilə yaxalanmasını təsdiq edən polis nümayəndələri ilə görüşəcəm”, – Madona Basiladze bəyan etdi.
Qumati kəndində vəziyyət az öncə gərginləşdi. “NamaxvanSES”-ə qarşı çıxanlar dəmir barrikadaların o biri tərəfinə keçməyə çalışırdılar. Hadisə yerinə hüquqmühafizəçilər səfərbər olunublar.
Bununla yanaşı, DİN bəyanat yaydı. İdarə Qumatidə toplaşanlara müraciət edirik, polisin qanuni tələblərinə tabe olsunlar və ifadə azadlğının qanunla yol verilmiş çərçivəni aşmasınlar. DİN-in məlumatına görə, polis ona verilmiş mandat çərçivəsində hərəkət edəcək və qanun pozuntusunun istənilən faktına münasibət bildirəcək.