Xalq müdafiəçisi ilə işləyən həkimlər qrupunun üzvü Qiorqi Kaçarava deyir ki, Saakaşvili ilə bağlı yekun mövqe bu gün formalaşacaq
Xalq müdafiəçisi ilə işləyən həkimlər qrupunun üzvü Qiorqi Kaçarava deyir ki, Saakaşvili ilə bağlı yekun mövqe bu gün formalaşacaq

Gürcüstanın Xalq Müdafiəçisi ilə işləyən tibbi ekspertlər qrupunun üzvü, kardioloq Qiorqi Kaçaravanın sözlərinə görə, həkimlər qrupu bu gün Mixeil Saakaşvili ilə bağlı yekun mövqe formalaşdıracaq.

“Bu mərhələdə sizə əlavə heç nə deyə bilmərəm, biz bu axşam yenidən toplanacağıq və yekun mövqeyi yazılı şəkildə formalaşdıracağıq”, – Qiorqi Kaçarava bildirib.

Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi məqsədəuyğundurmu, – sualına gəlində Kaçarava cavab verir ki, bu barədə sonra danışacaqlar.

“Yazacağımız hər şeyi görəcəksiniz. Hər şeyi ətraflı yazacağıq. Mən heç nə demək və fərqli olmaq istəmirəm. Başqasının nəsə fikri olsa, deyəcək, amma biz belə razılaşdıq. Xəstənin vəziyyəti ağır bir mərhələyə keçir və ikincisi, o, həqiqətən aclıq edir – birinci mərhələdə deyə biləcəyimiz budur. Qalan qiymətləndirməni axşam deyəcəyik, hər sözün böyük mənası var”, – Qiorqi Kaçarava bildirib.

Dünən Xalq Müdafiəçisinin mandatı çərçivəsində yaradılmış tibbi ekspertlər qrupu Qldani 18 saylı müəssisəsində olub.