Xalq Müdafiəçisi - Gürcüstan vətəndaşının yaşamaq hüququnun ehtimal olunan pozuntusuna görə məsuliyyəti Rusiya daşıyır, bu cür hərəkətlərin cəzasız qalması vətəndaşların həyatını təhlükə altına alır
Rusiya Federasiyası Gürcüstan vətəndaşının yaşamaq hüququnun ehtimal olunan pozuntusuna görə məsuliyyət daşıyır, çünki işğal olunmuş əraziyə məhz o nəzarət edir, – bu barədə Gürcüstanın Xalq Müdafiəsi Aparatının yaydığı məlumatda deyilir.
Onların verdiyi çəlumata görə, xalq Müdafiəçisi Gürcüstan hakimiyyətini, eləcə də bütün beynəlxalq insan hüquqlarının müdafiəsi və monitorinq təşkilatlarını yuxarıda qeyd olunan faktın səmərəli araşdırılması, cinayətkarların cəzalandırılması və Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün maksimum səy göstərməyə çağırır.
“Təəssüflə qeyd etmək lazımdır ki, bugün dünyada Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününün qeyd olunduğu bir vaxtda bir daha Gürcüstan vətəndaşının həyatının işğalçı qüvvələr tərəfindən ehtimal olunan pozuntusu barədə məlumat yayılıb. Konkret olaraq, işğal altında olan Qali bölgəsində Gürcüstan vətəndaşı Temur Karbayaya işğal rejiminin qondarma milis əməkdaşları onu sözlü təhqir edib və döyüblər, nəticədə Gürcüstan vətəndaşı xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib.
Qeyd edək ki, Gürcüstan vətəndaşının yaşamaq hüququnun ehtimal olunan pozuntusuna görə Rusiya Federasiyası məsuliyyət daşıyır, çünki işğal olunmuş əraziyə nəzarəti məhz o həyata keçirir.
Xalq Müdafiəçisi Gürcüstan hakimiyyətini, eləcə də bütün beynəlxalq insan hüquqlarının müdafiəsi və monitorinq təşkilatlarını yuxarıda qeyd olunan faktın effektiv araşdırılması, cinayətkarların cəzalandırılması və Rusiya Federasiyasının üzərinə məsuliyyət qoyulması üçün maksimum səy göstərməyə çağırır.
Təəssüf ki, işğal rejimi dörd Gürcüstan vətəndaşının – Davit Başaruli, Qiqa Oxtozoriya, Arçil Tatunaşvili və İrakli Kvaratsxeliyanın qətlinə görə məsuliyyət daşıyan şəxsləri hələ də cəzasız qoyur. Bir ay əvvəl Kirbali kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşının qətlə yetirilməsi hələ də araşdırılmayıb. Bütün bunların fonunda, yaşamaq hüququnun ehtimal olunan pozuntularının qarşısının alınması üçün beynəlxalq təşkilatların və bütövlükdə beynəlxalq ictimaiyyətin cəlb olunması xüsusi əhəmiyyət kəsb edir, çünki bu cür hərəkətlərin cəzasız qalması Gürcüstan vətəndaşlarının həyatını xüsusi təhlükə altında qoyur.
Xalq müdafiəçisi dərin hüznlə mərhumun ailə üzvlərinə başsağlığı verir”, – deyə Xalq Müdafiəçisi Aparatının məlumatında bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev