Xalq müdafiəçiliyinə namizədin seçilməsi qaydası ilə bağlı görüşdə "Quruculuq Strategiya"sı da iştirak edəcək
“Quruculuq Strategiya”sının liderlərindən biri Paata Mancqaladze xalq müdafiəçiliyinə namizədin seçilməsi qaydası ilə bağlı parlamentdə görüşdə “Quruculuq Strategiya”sının da iştirak edəcəyini bildirir.
Mancqaladze seçim prosedurunun olduqca yaxşı təcrübə olduğunu bildirir, çünki hakimiyyət müdaxilə etmir və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları namizəd irəli sürürlər.
“Xalq müdafiəçisi ilə bağlı müxalifətin iş formatında müzakirələr apardıq və qeyri-hökumət təşkilatları ilə razılaşmışıq. Hakimiyyət də çoxlu dəyişikliyə ehtiyacın olmadığını bildirir və bu gün işgüzar formatda deyil, sadəcə görüş və ünsiyyət olması nəzərdə tutulur. Öz yekun mövqeyimizi bildirmək üçün “Gürcü Arzusu”nun bu məsələdə nə düşündüyü bizim üçün vacibdir.
Fikrimizcə indiyədək mövcud olan və əvvəlki iki xalq müdafiəçisinin seçildiyi qayda düzgün prosedurdur və onun dəyişdirilməsi tövsiyələrin pozulması olardı. Bu səbəbdən “Gürcü Arzusu”nun mövqeyini dinləyib öz mövqeyimizi bildirəcəyik. Bunun işgüzar format deyil də, sadəcə görüş olması səbəbilə “Quruculuq Strategiya”sının mövqeyi görüşdə iştirak etməkdən yanadır, lakin tərəfdaşlarla konsultasiyalar aparmağı planlaşdırırıq, ancaq saat ikiyədək bu mövqeyin dəyişəcəyini zənn etmirəm.
Seçim proseduruna gəlincə, hakimiyyətin müdaxilə etməməsi və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının namizəd irəli sürməsi çox yaxşı təcrübədir. Biz bu qaydaya yenidən baxmaq niyyətində deyilik, əgər “Gürcü Arzusu” qaydaya yenidən baxarsa, bizim sərt reaksiyamız olacaq” – deyə Paata Mancqaladze bildirib.