Xaxmat kəndi yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti birtərəfli qaydada bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən verilən məlumatda daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 68-ci km-də (Xaxmat kəndi) avtonəqliyyat vasitələrinin hərəkətinin birtərəfli qaydada bərpa edildiyi deyilir.
Hazırda sözügedən hissədə nəqliyyatın hərəkətinin tam bərpası işləri davam etdirilir.
Xatırladaq ki, güclü yağış nəticəsində sözügedən hissəyə düşən qaya kütləsi yolun hərəkət hissəsini bağlayıb, bu səbəbdən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.