„Wizz Air “ – Kutaisi aeroportundan uçuşların dayandırılması müddətini mayın 1-dək uzadır
Ölkədə inkişaf edən hadisələrdən irəli gələrək, Wizz Air(Vizear) hava şirkəti mayın 1-dək Gürcüstandan bütün istiqamətlərə uçuşları dayandırır.
Hava şirkətindən də qeyd olunduğu üzrə, sözü gedən məhdudiyyətlər yeni tip koronavirus pandemiyasının yayılması və dəf edilməsi məqsədi ilə verilib.
Sözü gedən dəyişiliklərin şamil olunduğu və bilet sifariş vermiş istifadəçilər,
hava şirkətinin veb səhifəsi və ya mobil aplikasiya vasitəsi ilə elektron poçta bildiriş alacaqlar. Onların bilet qiymətinin 120 faizi, Wizz Air-ın məhsul və xidmətlərindən 24 ay ərzində istifadə etmələrini təmin edən Wizz Kredit-də avtomatik olaraq öz əksini tapacaq.Lakin bununla birlikdə istifadəçilərin bilet qiymətinin 100 faiz geri qaytarılmasını tələb etmə imkanları da olacaq,bu isə digərləri ilə müqayisədə daha çox vaxt tələb edir.
Onlara elektron poçt vasitəsi bütün zəruri bank prosedurları və kart əməliyyatları ilə bağlı məlumat veriləcək.
Müəllif – Sevinc Mustafayeva