"Wizz Air" - Gürcüstan hakimiyyətinin vəziyyətin öhdəsindən peşəkərcasına gəlməsini və partlayıcı qurğunun olması ilə bağlı yalan bildiriş faktı üzrə şübhəlini tez tapmasını qiymətləndiririk
“Wizz Air” Gürcüstan hakimiyyətinin vəziyyətin öhdəsindən peşəkərcasına və sürətlə gəlməsini, o cümlədən şübhəlinin tez tapılmasını qiymətləndirir -DTX tərəfindən Kutaisi-Barselona aviareysini həyata keçirən təyyarənin göyərtəsində partlayıcı qurğunun olması haqqında yalan bildiriş faktı üzrə bir Gürcüstan vətəndaşının saxlanılması ilə bağlı şirkətin bəyanatında bu haqda deyilir.
“Wizz Air” həm sözlü, həm də fiziki aqressiyaya qarşı sıfır dözümlüdür, çünki sərnişinlərimizin, ekipaj üzvlərimizin və təyyarələrimizin təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”- bəyanatda deyilir.
DTX, Kutaisi-Barselona aviareysini həyata keçirən təyyarənin göyərtəsində partlayıcı qurğunun olması haqqında yalan bildiriş faktı üzrə bir Gürcüstan vətəndaşını saxlayıb. DTX-nin yaydığı məlumat üzrə, sözügedən şəxs başqasının istifadəsində olan gürcü mobil operatorundan Macarıstanda yerləşən “Wizz Air” aviaşirkətinin baş ofisinə konkret göyərtədə partlayıcı qurğunun olması barədə zəng edib. Fevralın 14-də Kutaisi-Barselona reysini yerinə yetirən təyyarə göyərtədə partlayıcı maddənin mümkün olması haqqında daxil olmuş bildiriş səbəbilə Kutaisi Beynəlxalq Hava Limanına qaytarılıb, orada partlayıcı maddənin olması təsdiqlənməyib.