Wings for Life dünya qaçışı marafonuna Gürcüstan Kaxetidən birləşir (foto)
Dünya idmanının tarixində ən miqyaslı xeyriyyə tədbiri, Wings for Life dünya qaçışı marafonu Kaxetidə, Lopota döngəsindən artıq beşinci dəfə başlayır. İştirakçılar artıq start götürdülər.
Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, bu il Kaxetidə qaçış üçün 7 000 iştirakçı qeydiyyatdan keçdi.
Dünya qaçışında Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Qiorqadze iştirak edir.
Wings for Life World Run 2018-in təşkilatçısı Mədəniyyət və İdman Nazirliyidir. Tədbir Gürcüstanın ilk demokratik respublikasının 100 illiyinə həsr olunur. Layihə “İdman hamı üçün” milli federasiyasının həmtəşkilatçılığı ilə həyata keçirilir.
Wings for Life World Run-un media partnyoru Birinci Kanaldır. Bu gün səhərdən, marafona, dünya onurğa beyni zədələnmiş insanlara yardım üçün Birinci Kanalın komandası qatıldı.
Birinci Kanal marafona qoşulmuş bütün iştirakçıya “fotolive” vasitəsi ilə yürüşün nəticələrini ictimaiyyətə paylaşmağa imkan verir.