Welt am Sonntag - Almaniya həddi buluğa çatmayan miqrantların deportasiyasını planlaşdırır
Welt am Sonntag - Almaniya həddi buluğa çatmayan miqrantların deportasiyasını planlaşdırır

Almaniya həddi buluğa çatmayan miqrantların deportasiyasını planlaşdırır.

Bu barədə məlumatı Welt am Sonntag yayır.

Nəşriyyatın yaydığı məlumata görə, onlar Daxili İşlər Nazirliyinin hesabatını əldə ediblər, hansında deyilir ki, Almaniya iqtidarı yaxın gələcəkdə Marokkoda miqrantlar üçün müvvəqqəti yaşayış yeri tikiləcək və oraya Almaniyadan deportasiya edilən miqrantlar yerləşdiriləcəklər. 

Söhbət 100 yeniyetmədən gedir. Marokkoda tikilən mərkəzlərdə onlar sosiyal yardım və təhsil alacaqlar.

Miqrantlar üçün sığınacağın tikilməsi prosesinə Marokko iqtidarı və QHT-ləri də qoşulublar.

Qeyd edək ki, yeniyetmələrin ölkədən qovulması ilə bağlı, Almaniya qanunvericiliyi sərt şəkildə requlyasiya edilir.

Qanuna görə, ölkədən yeniyetmələrin deportasiyası ancaq o halda həyata keçirilə bilər, əgər deport edilən yeni yetmələrə qəyyumluq edən konkret şəxs və həmçinin, yeniyetmələrin layiqli şəkildə yaşaya biləcəkləri yer varsa.

2015-ci ildən, bugünə qədər Almaniyadan heç bir yeniyetmə deportasiya olunmayıb.