Washington Post - Cari ildə ABŞ məktəblərində ölənlərin sayı hərbi xidmətlərdə ölənlərdən daha çox oldu
2018-ci ildə ABŞ məktəblərində ölən insanların sayı, hərbi xidmətlərdə ölənlərdən artıq idi.
Bu barədə Washington Post yayır.
Eyni göstəricilərlə, qətl cinayətləri hər il ən az 10 ABŞ məktəbində baş verir.
Washington Post-un məlumatına görə, cari ilin yanvar ayından mayın 16-na qədər ABŞ məktəblərinə 16 silahlı hücum edildi və nəticədə tam olaraq, 29 nəfər həlak oldu.
Eyni dövrdə hərbi xidmətdə 13 nəfər həlak oldu.
ABŞ məktəblərində silahlı hücum halları dünən də baş verdi.
Texas ştatında 10, Corcia ştatında isə, bir nəfər həlak oldu.
ABŞ prezidenti matəm elan etdi və gənclərin təhlükəsizliyini qoruyacağını vəd etdi.