“Wall Street Journal” – Donald Tramp deyir ki, o, Ukraynanın NATO-ya qoşulmasını dəstəkləmir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın NATO-ya qoşulmasını dəstəkləmədiyini bildirib. Lakin hərbi əməliyyatlar dayandırıldıqdan sonra güclü, yaxşı silahlanmış Ukrayna görmək istəyir. Bu barədə “Wall Street Journal” yüksək vəzifəli məmurlara əsaslanaraq yazır.
Nəşrin yazdığı kimi, Tramp bunu dekabrın 7-də Parisdə Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib.
Wall Street Journal yazır ki, Tramp həmçinin avropalıları Çini münaqişəni dayandırmaq üçün Kremlə təzyiq etməyə inandırmaq üçün daha çox iş görməyə çağırıb.
Bundan əlavə, nəşrin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Avropa ölkələrinə Avropa qoşunlarının Ukraynada atəşkəs rejiminə nəzarət etməsini təklif edib.