"Wall Street Journal" - Almaniya Estoniyanın Almaniya istehsalı olan silahların Ukraynaya verilməsi tələbini blokladı
"Wall Street Journal" - Almaniya Estoniyanın Almaniya istehsalı olan silahların Ukraynaya verilməsi tələbini blokladı

Almaniya NATO-nun müttəfiqi Estoniyanın Almaniya istehsalı olan silahların Ukraynaya verilməsi tələbini blokladı. Bu barədə məlumatı “Wall Street Journal” yayır.

Cari  həftənin əvvəlində ABŞ Dövlət Departamenti Litva, Latviya və Estoniyaya, Ukrayna üçün ABŞ istehsalı olan raketlər və digər silahlar göndərmək icazəsini verdi.

Britaniya və Polşa da daxil olmaqla, bir çox başqa NATO müttəfiqləri də Ukraynaya birbaşa silah ixracına razılıq verdilər. Lakin Almaniya hakimiyyəti bundan imtina edir.

“Almaniya son illər letal silahın icracını dəstəkləmir”, – Almaniya kansleri, Olaf Şolts cümə günü keçirilən mətbuat konfransında bəyan etdi.