Vyetnamda “Son-tini” qasırğası zamanı yaranan daşqın nəticəsində 27 nəfər həlak oldu.
7 nəfər bu vaxta qədər itgin düşüb, 14-dü isə, müxtəlif dərəcədə xəsarətlər alıb.
Təbii fəlakət üç əyalətdə yüzlərcə yaşayış evlərini dağıtdı.
80 hektara qədər kənd təsərrüfatı torpaq sahələri sular altında qaldı.
Təbii fəlakət yerində xilas etmə işlərinə 6.5 minə qədər hərbi xidmətçi qoşulub.