Vyetnamda beş gündür itkin düşən altı yaşlı uşaq meşədə tapılıb

21:54, 22.08.2024

Vyetnamda beş gündür itkin düşən altı yaşlı uşaq meşədə tapılıb. Məlumatı “BBC” yayır.

Hadisə ölkənin şimal-qərbindəki Yen Bai əyalətində baş verib.

Dang Tiem Lam avqustun 17-də bacı-qardaşları ilə birlikdə çayda oynayarkən itkin düşüb. Onu yalnız beş gün sonra yerli fermerlər yoxa çıxdığı yerdən 6 kilometr aralıda meşədə tapıblar. Uşaq o qədər zəifləmişdi ki, ayağa qalxa bilmirdi.

Polis oğlanın bu qədər gün meşədə qaldıqdan sonra sağ tapılmasını möcüzə adlandırır. Uşaq bitki və giləmeyvə yediyini deyir.

Yerli hakimiyyət uşağın axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları, əsgərlər və könüllülərdən ibarət 150-dən çox insanı cəlb etmişdi.

Oxşar