Voronej vilayətində pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində neft anbarında yanğın baş verib

11:09, 04.10.2024

Rusiyada, Voronej vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat neft anbarının ərazisinə düşüb.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Biz Voronej vilayətinin Aninsk rayonunda Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını vurduq, onlardan biri neft anbarının ərazisinə düşüb. Boş sistern yanıb. İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Bölgədə pilotsuz uçuş aparatlarının hücum təhlükəsi rejimi qalmaqdadır. – Voronej vilayətinin qubernatoru qeyd etdi.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Rusiya hava hücumundan müdafiə texnikası Belqorod, Voronej və Rostov vilayətlərində 18 Ukrayna pilotsuz təyyarəsini vurub.

Oxşar