Volodimir Zelenskinin məlumatına əsasən, Rusiya qüvvələri tərəfindən Poltava şəhərinin bombalanması nəticəsində bu vaxta olan məlumatlara görə 41 nəfər həlak olub
Volodimir Zelenskinin məlumatına əsasən, Rusiya qüvvələri tərəfindən Poltava şəhərinin bombalanması nəticəsində bu vaxta olan məlumatlara görə 41 nəfər həlak olub

 

Rusiya qüvvələri ballistik raketlə Ukraynanın Poltava şəhərini bombalayıb.

Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib ki, bu vaxta olan məlumatlara görə 41 nəfər həlak olub, 180-dən çox insan isə yaralanıb.

Zelenski, təhsil müəssisəsinə və xəstəxananın binalarına iki ballistik raketlə zərbə endirildiyini bildirib. Rabitə İnstitutu qismən dağılıb, insanlar dağıntılar qalıb.

Ukraynanın Prezidenti hadisənin səbəblərini araşdırmaq üçün fərman verib.

“Bütün lazımi xidmətlər xilasetmə əməliyyatlarına cəlb olunub. Mən hücumun ilk dəqiqələrindən insanlara kömək edən, insanların həyatını xilas etmək üçün çalışan hər kəsə minnətdaram” – Zelenski qeyd edib.

Ukraynanın Müdafiə Nazirliyində bəyan ediblər ki, hava hücumu xəbərdarlığı ilə Rusiyanın zərbəsi arasında vaxt o qədər az olub ki, mülki şəxslər sığınacaqlara enərkən raketlər düşüb.