Volodimir Zelenskinin qərarına əsasən, Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri vəzifəsinə təyin olunacaq

11:11, 30.03.2024

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri vəzifəsinə təyin olunacaq. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib.

“Bizim üçün Moldova həm regionda təhlükəsizlik, həm də ikitərəfli münasibətlərimiz baxımından son dərəcə vacib dövlətdir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski martın 26-da Danilovu tutduğu vəzifədən azad edib və əvvəllər Ukrayna xarici kəşfiyyatının rəhbəri vəzifəsini tutan Aleksandr Litvinenkonu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edib.

Oxşar