Volodimir Zelenski – yaxın günlərdə Rada səfərbərlik haqqında qanuna səs verəcək

10:56, 07.04.2024

Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə Radanın səfərbərlik haqqında qanuna səs verəcəyini açıqlayıb. Bu barədə Zelenski Ukrayna televiziyasına müsahibəsində bildirib.

“Biz parlamentlə danışırıq ki, yaxın günlərdə qanuna səs versinlər. Bu çox vacibdir. Bu qanunla ruslar məsələ qaldıra bildilər ki, xalqımız bundan sonra da dövləti qorumağa hazır deyil. Qərb isə bizdən soruşur – əgər siz səfərbərlik istəmirsinizsə, parlament səs vermək istəmirsə, o zaman sizə niyə kömək lazımdır? Mən sizə niyə kömək etməliyəm?” – deyə Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin bu qanun layihəsinin cəmiyyəti iki hissəyə – tərəfdarlar və əleyhdarlar, hərbçilər və mülki şəxslərə böldüyünü qeyd edib. Zelenski bunu böyük səhv adlandırıb və deputatların populizmlərinə görə alqış gözləməməli olduqlarını bildirib.

Oxşar