Volodimir Zelenski - Viktor Orban Ukrayna və Rusiya arasında vasitəçi ola biləcək qədər nüfuzlu biri deyil
Volodimir Zelenski - Viktor Orban Ukrayna və Rusiya arasında vasitəçi ola biləcək qədər nüfuzlu biri deyil

Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə Rusiya arasında vasitəçi ola biləcək qədər nüfuzlu deyil.

Volodimir Zelenskinin söylədiyinə görə, vasitəçilər yalnız Amerika Birləşmiş Ştatları, Çin və ya Avropa İttifaqı kimi oyunçular ola bilər.

“Mən onun Moskvaya getdiyini bilmirdim. Bu, onun müstəqil seçimidir. Onun vasitəçi ola biləcəyinə gəlincə. Rusiya ilə Ukrayna arasında vasitəçilik yoxdur. “Yalnız ciddi, güclü müttəfiqlər vasitəçi ola bilər”, – deyə Zelenski bildirib.

Zelenskinin bildirdiyinə görə, vasitəçi iqtisadi cəhətdən güclü olmalı və Rusiya iqtisadiyyatına təsir göstərməli və ya Rusiyadan daha güclü orduya malik olmalıdır.

“Dünyada belə ölkələr çoxdurmu? Azdır. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları və Çin, düşünürəm ki, Avropa İttifaqının bir ölkəsi yox, bütün Avropa İttifaqıdır belə ölkələr”, – Zelenski deyir.