Volodimir Zelenski – Uzaq mənzilli zərbə imkanlarını genişləndirməyə hazırlaşırıq
Uzaq mənzilli zərbə imkanlarını genişləndirməyə hazırlaşırıq, – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna Prezidenti bəyanatı sosial şəbəkədə Müdafiə naziri Yevgeni Xmara və Silahlı Qüvvələrin Baş komandanı Mixail Drapatın məruzələrini dinlədikdən sonra yayıb.
Zelenskinin sözlərinə görə, o, Rusiya zərbələrinə cavab olaraq yeni uzaqmənzilli əməliyyatları da təsdiqləyib.
Volodimir Zelenski həmçinin qeyd edib ki, Ukrayna Tibb Qüvvələrinin komandanlığında rəhbərlik dəyişikliyindən sonra, çağırışlara cavab sisteminin yenilənməsi üçün müvafiq planlar hazırlanıb.
“Əsas prioritet döyüş briqadalarında və effektiv briqada patronaj xidmətlərində artıq tətbiq olunan uğurlu təcrübənin mümkün qədər geniş şəkildə yayılmasıdır”, – Ukrayna prezidenti yazır.
Bununla yanaşı, görüşdə Ukrayna Müdafiə Qüvvələrinə beynəlxalq könüllülərin cəlb edilməsi ilə bağlı yanaşmalar da müzakirə olunub.