Volodimir Zelenski - ultimatum yalnız bizim mövcud olmadığımız halda yerinə yetirilə bilər
Volodimir Zelenski - ultimatum yalnız bizim mövcud olmadığımız halda yerinə yetirilə bilər

 

Hamı görür ki, ölkəni xalqın özü qoruyur. Bu, yeganə deyil, lakin ən vacib xəzinəmizdir. Bu, bizim Dəmir Qübbəmiz və əsl “müdafiə ittifaqımızdır”-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Avropa Yayımçılar İttifaqına eksklüziv müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynada hökumət və xalq birdir.

“Bizə ultimatum verildi, bizə bir neçə müddəa irəli sürüldü. Siz bunu edəcəksiniz və sonra biz müharibəni bitirəcəyik. Bu səhvdir. Bu bizi heç bir yerə aparmır. Bu məsələ təkcə mənə aid deyil, hakimiyyətlə xalqın birliyi faktına aiddir. Bunu ultimatumla etmək mümkün deyil. Bunu fiziki olaraq edə bilmərik. İnsanları itirdik. Bunu necə edə bilərik? Biz hamımız məhv olmalıyıq, o zaman onların ultimatumu avtomatik yerinə yetiriləcək. Məsələn Xarkov, Mariupol, Kiyevi verin. Bunu nə Xarkov , nə Mariupol, nə Kiyev sakinləri, nə də prezident edə bilməz. İşğal olunmuş şəhərlərdə, Melitopolda, Berdyanskda görürük ki, oraya daxil olanda insanlar təslim olmurlar. Onlar bayraqlarını qaldırır, insanlar isə onu çıxarırlar. Onlar insan öldürdülər, lakin xalq gecə getdi və bayrağı çıxardı. Nə istəyirsiniz, hamını məhv etməyi mi? Məhz buna görə də deyirəm ki, ultimatum yalnız bizim mövcud olmadığımız halda yerinə yetirilə bilər” – deyə Zelenski bildirib.