Volodimir Zelenski, Ukraynanın müharibədə qalib gəlmək üçün detallı planı Co Bayden, Donald Tramp və Kamala Harrisə təqdim edəcəyini bildirir
Volodimir Zelenski, Ukraynanın müharibədə qalib gəlmək üçün detallı planı Co Bayden, Donald Tramp və Kamala Harrisə təqdim edəcəyini bildirir

 
Ukrayna müharibədə qalib gəlmək üçün detallı planı Co Bayden, Donald Tramp və Kamala Harrisə təqdim edəcək. Bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

Zelenski, bu plan haqda İtaliyada ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşündə artıq danışdığını bildirib.

“Planın bütün addımlarını ABŞ Prezidenti Baydenə və prezidentliyə hər iki namizədə – Tramp və Harrisə tam şəkildə təqdim edəcəyik. İndi payızın əvvəlində Ukraynanın mövqelərini gücləndirmək – şəhərlərimizi rus terrorundan qorumaq və cəbhədəki döyüşçülərimiz üçün daha çox imkanlar yaratmaq bizim üçün vacibdir”- Zelenski deyir.

Ukraynanın Prezidenti həmçinin qeyd edib ki, Kiyev ABŞ-ın müdafiə katibi Lloyd Ostinlə danışıqların nəticələrinə böyük ümidlər bəsləyir.