Volodimir Zelenski – Ukraynanın Krımdakı Rusiya aerodromlarını bombalamaq üçün “Atakas” raketlərinə ehtiyacı var
Ukraynaya “Atakams” raketləri Rusiya üçün deyil, işğal olunmuş Krımdakı rus aerodromlarını bombalamaq üçün lazımdır, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Washington Post” qəzetinin jurnalisti David İqnatiusa müsahibəsində bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Krımdakı Rusiya aerodromlarını bombalamaq lazımdır, çünki Rusiya məhz bu aerodromlardan Ukraynaya qarşı yüksək dəqiqlikli raketlər buraxır.
“Rusiyanın raketləri olanda və bizdə olmayanda onlar hər şeyə hücum edirlər: qaz, enerji, məktəblər, fabriklər, mülki binalar. Rusiya bizim bu təyyarələri məhv edə biləcəyimizi biləndə, Krımdan bizə hücum etməyəcəklər. Bu Hərbi Dəniz Qüvvələrinin hadisəsi ilə eynidir. Biz onları öz ərazi sularımızdan çıxardıq. İndi biz onları Krımın aerodromlarından qovacağıq”, – deyə Ukrayna prezidenti bildirib.
Volodimir Zelenski həmçinin Ukraynanın ABŞ Konqresindəki daxili mübahisələrə görə yarım il itirdiyini qeyd edib. Onun fikrincə, Ukrayna partiyalar arasında siyasi məsələ olmamalıdır.