Volodimir Zelenski Ukraynanın bərpası ilə bağlı konfransın keçiriləcəyi Berlinə gedib
Volodimir Zelenski Ukraynanın bərpası ilə bağlı konfransın keçiriləcəyi Berlinə gedib

 
Ukraynanın Prezidenti Volodimir Zelenski Almaniyaya gedib. O, Almaniyanın kansleri Olaf Şoltsla danışıqlar aparacaq və Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək. Bu haqda məlumatı Volodimir Zelenski sosial şəbəkədə yayır.

“Rus hava terroru şəraitində Ukraynanın enerji sektoru üçün təxirəsalınmaz qərarlar haqqında müzakirə bizim əsas prioritetimiz olacaq”-Zelenski sosial şəbəkədə yazır.

Ukraynanın Prezidenti və Almaniyanın kansleri Ukraynaya dəstək, hava hücumundan müdafiə sisteminin inkişafı və birgə silah istehsalı haqqında danışacaqlar.

Bundan əlavə, Volodimir Zelenski Almaniyanın Prezidenti və Bundestaqın Prezidenti ilə görüşəcək. Ukraynalı hərbçilərin təlimlərinin keçirildiyi hərbi bazaya baş çəkəcək.