Volodimir Zelenski - Ukraynanın Avropa İttifaqına üzvlüyünün başlanğıcı bu gündən sayılacaq
Volodimir Zelenski - Ukraynanın Avropa İttifaqına üzvlüyünün başlanğıcı bu gündən sayılacaq

 
Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünün başlanğıcı bu gündən sayılacaq- bu haqda o, “X” sosial şəbəkəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların rəsmən başlamasını şərh edərkən yazıb.

Bu gün Lüksemburqda Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı ilk hökumətlərarası konfrans keçirilir və konfransda danışıqlar rəsmən başlayacaq. Bundan əvvəl Avropa Şurası Ukrayna və Moldova üçün danışıqların çərçivəsini təsdiqləyib.

“Bu gün Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı faktiki, real danışıqlara keçdiyimiz tarixi gündür. 2022-ci ilin fevralın 28-də, genişmiqyaslı müharibənin başlamasından bir neçə gün sonra biz üzvlük üçün müraciəti imzaladıq. Demək olar ki, iki il əvvəl, 2022-ci ilin iyununda biz namizəd statusunu, keçən ilin dekabrında isə danışıqlara başlamaq üçün siyasi qərarı aldıq. Lakin, Avropa İttifaqına üzvlüyümüzün başlanğıcı məhz bu gündən sayılacaq: artıq bu gün Ukrayna və Avropa İttifaqının ilk hökumətlərarası konfransı keçiriləcək. Ukraynanı, dövlətimizi, xalqımızı qoruyan hər kəsə təşəkkür edirəm. Bizi Avropa İttifaqının bir hissəsi etmək üçün hər şeyi edən komandaya təşəkkürlər. Bizi heç vaxt vahid Avropa yolundan, ümumi evimizə – bütün Avropa xalqlarının evinə, əmin amanlığın olması gərəkən evə doğru yolumuzdan döndərə bilməzlər!”– Zelenski yazıb.